Xəbər mənbələri şənbə axşam Qəzzə şəhərində humanitar yardımlar gözləyən fələstinlilərin olduğu yeri bombalanması zamanı 12 fələstinlinin həyatlarını itirdiklərini bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi Qəzzə şəhərində yerləşən əl-Küveyt meydanında humanitar yardımlar gözləyən fələstinlilərin olduğu yerə hücum edib ki, bu da 12 nəfərin şəhid olması və 30 nəfərin yaralanması ilə nəticələnib.
Ötən həftələrdə də, həmçinin Qəzzə şəhərində humanitar yardımlar almaq üçün sıraya düzülən fələstinlilər sionist rejiminin hücumlarına məruz qalmışdılar.