BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) verdikləri bəyanatda hər kəsi Qəzzədəki xəstələr, yaralılar və səhiyyə bölməsinin işçiləri də daxil olmaqla, mülki şəxsləri himayə etməyə və beynəlxalq qanunlara hörmətlə yanaşmağa dəvət ediblər.
Verilən məlumata əsasən, OCHA verdiyi bəyanatda bildirib ki, İsrailin Şifa xəstəxanasına olan hücumlarının davam etməsi fonunda vurğulamaq lazımdır ki, xəstəxanaları və müalicə mərkəzlərini hədəfə almaq bəyənilməz və pis bir iş sayılır.
Bir tərəfdən də ÜST təşkilatı açıqlama verərək bildirib: Ötən Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağındakı 410 müalicə mərkəzinə hücum olunub. Bu hücumlar yüzlərlə insanın həyatlarını itirmələri, 100-ə yaxın binaya və 100-dən çox təcili yardım maşınına ziyan dəyməsi ilə nəticələnib.
Digər tərəfdən də bu beynəlxalq təşkilat vurğulayıb ki, bu müddət ərzində İordaniyanın qərb sahillərində də 403 müalicə mərkəzinə hücum olunub.