Dünən (cümə axşamı günü) sionist ordusu Qəzzədəki əş-Şifa Xəstəxana Kompleksinin ixtisaslaşdırılmış cərrahiyyə binasını partladıblar.
Xəbər mənbələrinin sözlərinə görə, işğalçı rejimin qüvvələri qaçqınları səs ucaldıcı vasitəsilə təhdid edərək binadan çıxarıblar.
Əş-Şifa Xəstəxana Kompleksi ardıcıl olaraq 5 gündür ki, işğalçı qüvvələrin mühasirəsindədir.
Bəzi mediaların əş-Şifa Xəstəxana xəstəxanasının içərisindən dərc etdikləri görüntülər onu götərir ki, sionistlər çox sayda qadın və uşağı zor gücünə bu məkanı tərk etməyə vadar etməkdən ötrü xəstəxana kompleksindəki bir binaya toplayıblar.
Sionistlər əş-Şifa Xəstəxana Kompleksinə hücum etməklə onlarla fələstinlini şəhid edib, yaralayıblar və çox sayda insanı isə həbs ediblər.