Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin Qəzzəyə olan təcavüzləri nəticəsində şəhid olanların sayının 31 min 700 nəfərdən çox olduğunu və yaralıların sayının isə təxminən 74 min nəfər olduğunu bildirib.
Qəzzə Səhiyyə Nazirliyi Qəzzə sakini olan 65 nəfər Fələstin vətəndaşının sionist rejiminin təcridxanalarından azad olduğunu elan etməklə yanaşı, verdiyi bir bəyanatda bildirib ki, sionist rejiminin hücumları nəticəsində ötən 24 saat ərzində 81 nəfər şəhid olub, 116 nəfər yaralanıb və həyatını itirənlərin bir çoxu isə hələ də dağıntılar altındadır.