İbrani dilindəki mənbələr bildiriblər: İsraillilər Tel-Əviv, Hayfa və işğal olunmuş Qüdsdə sionist rejiminin baş naziri Benyamin Netanyahunun kabinetinə qarşı nümayişlər keçiriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, İsrail TV kanallarından biri Tel-Əvivdə israillilərin Netanyahunun kabinetinə qarşı yeni nümayişiləri barəsində xəbər verib.
Bu TV kanal bildirib ki, Tel-Əvivin Ayalon küçəsindəki etirazçılar Netanyahunun istefasını və kabinetinin buraxılmasını tələb ediblər.
Bəzi mənbələr də israillilərin Hayfa və işğal olunmuş Qüdsdəki nümayişləri barəsində məlumat veriblər. Nümayişlərdə iştirak edənlər təcili surətdə Qəzzədəki müqavimət qüvvələri ilə əsirlərin mübadiləsinə razılıq əldə olunmasını tələb ediblər.