İşğalçı sionist hərbiçiləri bu dəfə Qəzzədəki yardım paylama mərkəzini hədəfə almaqla dəhşətli cinayət törədiblər.
Xəbər agentliklərindən birinin Qəzzədəki müxbiri deyib: Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, işğalçılar 7 qətliam törədiblər ki, bunun nəticəsində də azı 69 nəfər şəhid olub və onlardan bəziləri hələ də dağıntılar altındadır.
O, əlavə edib: Bugün (cümə axşamı günü) səhər Bərric düşərgəsinə iki ağır hücum baş tutub. Nəticədə əl-Əttar ailəsindən 7 nəfər və ən-Nəbahin ailəsindən azı 5 nəfər şəhid olub, digər bəziləri də hələ dağıntılar altındadır.
Müxbir sionist rejiminin qida və ləvazimatlara malik yardım paylama mərkəzinə vəhşicəsinə hücum etdiyini bildirib.