Xəbər mənbələri çərşənbə axşamı xəbər verərək bildiriblər ki, sionist rejiminə aid qırıcı təyyarələrin Qəzzənin mərkəzində həyata keçirdikləri bombardmanlar nəticəsində 11 fələstinli şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, sionistrejiminə aid qırıcılar Qəzzənin mərkəzində yerləşən Dir əl-Bələhdəki bir yaşayış mənzilini hədəfə alıblar. Bunun nəticəsində də 11 nəfər şəhid olub və bir neçə nəfər isə hələ də dağıntılar altındadır.
Bu məlumata əsasən, Qəzzənin şimalında yerləşən Cəbaliya düşərgəsinin ətrafı və Qəzzənin cənubunda yerləşən Xan Yunis şəhəri sionistrejiminin qırıcılarının hücumuna məruz qalıblar.