Qəzzə zolağında əsirlikdə olan sionistlərin ailələri Tel-Əvivdə növbəti dəfə nümayiş keçiriblər.
Yüzlərlə sionist köçkünü dünən gecə Tel-Əvivin mərkəzində nümayiş keçirərək sionist rejiminin baş nazirinin istefasını və sionist əsirlərinin qayıtmasını istəyiblər.
Bu barədə sionist TV kanallarından biri bildirib ki, nümayişçilər bu rejimin Tel-Əvivdə yerləşən Müharibə Nazirliyinin qarşısındakı küçəni bağlayıblar.
Bu məlumata əsasən, etirazçılar bəzi şüarlar səsləndirərək Qəzzədəki sionist əsirlərinin azad olunması üçün təcili razılıq əldə olunmasını tələb ediblər.
“Əl-Əqsa Fırtınası” əməliyyatı başladıqdan sonra artıq neçənci dəfədir ki, köçkünlər sionist rejiminin baş naziri və onun kabinetinə qarşı nümayişlər keçirilər.