Sionist rejiminə məxsus qırıcı təyyarələr Rəfəh şəhərinin mərkəzində yerləşən Bazar məntəqəsindəki bir mənzilə etdikləri hücumlarda bir sıra Fələstin vətəndaşı şəhid olub.
Xəbər agentliklərindən birinin müxbiri bu haqda hesabat verərək bildirib: Rəfəh şəhərində yerləşən əl-Ovdə və əl-Kərac meydanlarındakı sıx cəmiyyətə sahib bir məntəqədə bir mənzil sionist rejiminə aid qırıcıların hədəfinə çevrilib və viran qoyulub.
Bu hücum zamanı ətrafda olan mənzillər də dağıdılıb və sionist rejimi öz tarixinə daha bir cinayət əlavə edib.
Müxbirin sözlərinə görə, bu hücumda 12 qadın və uşaq şəhid olub.
