Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi ən son statistikasını açıqlayaraq sionist rejiminin Qəzzə zolağına qarşı həyata keçirdiyi təcavüzkar hücumlarda şəhid olanların sayının 30 min nəfəri keçdiyini bildirib.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi cümə axşamı günü bildirib ki, sionist rejiminin Qəzzə zolağına qarşı hücumları zamanı şəhid olanların sayı ötən 24 saat ərzində 76 nəfərin şəhadəti ilə 30 min 17 nəfərə çatıb.
Ötən gün Qəzzə Səhiyyə Nazirliyi şəhidlərin sayının 29 min 954 nəfər və yaralıların sayının isə 70 min 325 nəfər olduğunu açıqlamışdı.
Sionist rejiminin Qəzzə zolağına olan hücumlarının başlamasından 4 aydan çox bir vaxt keçdiyi və bu böhranın həlli üçün vasitəçilərin səylərinin davam etdiyi halda, işğalçılar hələ də öz cinayətlərinə davam edirlər və Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində növbəti bir fəciə və fəlakət yaratmaqdadırlar.
Rəfəh şəhərində 1 milyon 400 mindən çox qaçqın məskunlaşıb. Bu yaxınlarda sionist rejiminin baş naziri Benyamin Netanyahu yaxın günlərdə bu şəhərə qarşı geniş həcmli hücumlara başlayacağını elan edib.