Fələstin hökumətinin Qəzzədəki informasiya ofisi Qəzzə vilayətlərində 7 fələstinli uşağın qida çatışmazlığından şəhid olduğunu bildirib.
Hökumətin Qəzzə zolağındakı informasiya ofisi verdiyi bəyanatda əlavə olaraq deyib: Qəzzə mühasirəsi və müharibəsi davam etdiyi təqdirdə qlobal fəlakətlə üzləşəcəyik.
O, bildirib ki, Qəzzə vilayətlərində və zolağın şimalında yaranmış qıtlığın və aclığın məsuliyyətini ABŞ hökuməti daşıyır.
Bu bəyanatda, həmçinin Rəfəh keçidinin bağlandığı və onun açılması ilə bağlı yayılmış xəbərlərin doğru olmadığı bildirilib.
Fələstin müqavimət qüvvələri İsrail rejiminin 7 Oktyabr 2023-cü il tarixində Qəzzədən (Fələstinin cənubundan) sionist rejimin mövqelərinə qarşı “Əqsa Fırtınası” adlı qəfil əməliyyatlara başlayıb. 45 günlük müharibədən sonra İsraillə HƏMAS arasında 4 günlük atəşkəs və əsirlər mübadiləsi baş tutub.
Bu atəşkəs 7 gün davam edib. Sonra 1 Dekabr 2023-cü il tarixində müvəqqəti atəşkəs sona çatıb və İsrail rejimi Qəzzəyə qarşı hücumlara başlayıb. Bu rejim öz məğlubiyyətinin əvəzini çıxmaq və müqavimət qüvvələrinin əməliyyatlarını dayandırmaq üçün Qəzzə zolağının keçidlərini bağlayıb və bölgəni bombalamaqdadır. Bunun müqabilində də, Fələstin müqavimət döyüşçüləri sionist hərbiçilərinə ciddi zərbələr vurublar.