Avropanın insan haqları qrumlarından biri Qəzzənin ali təhsil sektoruna sionist rejimi tərəfindən 200 milyon dollar ziyan dəyməsi barəsində məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı verdiyi hesabatda bildirib ki, sionist rejimi Qəzzə zolağındakı 6 universitetdən 5-ini viran qoyub.
Bu hesabata əsasən, İsrail rejiminin Qəzzə zolağına qarşı təcavüzü başladıqdan bəri 96 universitet müəllimi şəhid olub və 88 min tələbə təhsilini davam etdirməkdən məhrum olub.
Həmçinin bu müddət ərzində fələstinli tələbələrin xaricdəki 555 təhsil haqqı itirilib və ali təhsil infrastrukturunun dağıdılması və ziyanı 200 milyon dolları keçib.
Bu insan haqları qrumu bundan əvvəl də hesabat verərək bildirmişdi ki, sionist işğalçılarının Qəzzə zolağına qarşı davamlı təcavüzləri nəticəsində 35 mindən çox insan öldürülüb və onların 13 mini uşaqlardır.