İsrailin solçu “Haaretz” qəzeti sionist rejimin cinayətləri ilə bağlı hesabatda İsrailin Qəzzəyə son hücumunda həlak olan 67 fələstinli uşağın fotosunu dərc edib. Amma qəzet yayılandan sonra, onu çap edən nəşriyyatlar üzr istəməyə məcbur olublar.
İsrailin “Haaretz” qəzeti birinci səhifəsində İsrailin Qəzzəyə son hücumu zamanı həlak olan 67 fələstinli uşağın fotosunu dərc edib.
Bu addım İsrail parlamentinin çoxlu sayda qatı nümayəndəsinin kəskin etirazı ilə qarşılanıb. İş o yerə çatıb ki, bəzi deputatlar qəzetin ləğv edilməsini istəyiblər.
Məqalə New York Times-da oxşar məqalə dərc edildikdən qısa müddət sonra “Haaretz-in ön səhifəsində yer alıb.
İlk dəfə “The New York Times” Qəzzə xalqına qarşı İsrailin törətdiyi müharibədə şəhid olan 67 fələstinli uşağın fotosunu birinci səhifəsində dərc edib.
“The New York Times” qəzeti “Onlar sadəcə uşaq idilər” başlıqlı xəbərdə daha sonra yazıb ki, öldürülən uşaqların çoxluğu İsrailin hücumlarının korkoranə və məqsədsiz olduğunu göstərir. İsrailin hava hücumları bu faciəyə səbəb olub. Nəticədə, Qəzzədə 67 günahsız uşaq qətlə yetirilib.”
Qeyd edək ki, işğalçı sionist qüvvələr 2021-ci il mayın 10-da Qəzzə zolağına qarşı vəhşicəsinə hücuma keçərək 69-u uşaq, 39-u qadın və 17-si qoca olmaqla 248 fələstinlini qətlə yetirib, 1910 nəfəri yaralamışdı.
Mayın 21-də İsrail rejimi ilə Fələstin müqavimət qrupları arasında atəşkəs əldə edilib. Amma bu məqalənin “Haaretz”-in ön səhifəsində dərc edilməsi digər medianı təəccübləndirdi və onlar onu yenidən dərc etdilər.
“Ərəb News” qəzetinin manşetində Qəzzədə sionist rejim tərəfindən qətlə yetirilən günahsız uşaqların fotoşəkillərinin yenidən dərc edildiyini elan edib. “Pakistan Daily” də digər media orqanları ilə birlikdə məqaləni yenidən dərc edib.