Qəzzə zolağındakı Səhiyyə Nazirliyi sionist rejiminin hücumları başlayan vaxtdan indiyədək Qəzzə şəhidlərinin sayının 29 mini keçdiyini bildirib.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi günü bildirib: Sionist rejimi ötən 24 saat ərzində qəzzəli ailələrə qarşı 9 cinayət və dəhşətli qətliam törədib. Bunun nəticəsində də 107 nəfər şəhid olub və 145 nəfər isə yaralanıb.
Verilən məlumata görə, həyatını itirənlərin bir çoxu hələ də dağıntılar altındadır və sionist rejimi mülki müdafiə qüvvələrinin, xilasedicilərin və həkimlərin onlara kömək etmələrinə mane olur.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin hesabatına əsasən, Oktyabrın 7-dən (əl-Əqsa Fırtınası başlayan vaxtdan) indiyə qədər sionist rejiminin Qəzzəyə olan hücumlarında həyatlarını itirənlərin sayı 29 092 nəfərə və yaralıların sayı isə 69 028 nəfərə çatıb.