İsrail ordusu bu il (2021) fələstinlilərin 950 ev və obyektini dağıdıb və Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində 15 yaşayış məntəqəsi yaradıb.
“Əl-Quds əl-Ərəbi” xəbər saytının məlumatına görə, İsrail rejiminin Fələstin ərazilərinə təcavüzünü sənədləşdirən Ərazi Araşdırma Mərkəzinin direktoru Camal Əl-Əmal Əl-Xəlil şəhərində keçirilən mətbuat konfransında deyib: “2021-ci ildə israillilər fələstinlilərin 950-yə yaxın evini və obyektini dağıdıb, təxminən 24.750 hektar ərazini müsadirə ediblər.”
O, bəyan edib ki, işğalçı sionist rejim ordusu və israilli mühacirlər Fələstin ərazilərində təxminən 17 min 740 ağacı kəsərək hücuma keçiblər.
İsrail rejiminin işğal olunmuş Fələstin ərazilərində zorakılıqlarının sənədləşdirilməsi üzrə Xüsusi Ərazi Araşdırma Mərkəzinin direktoru əlavə edib: Həmçinin 2021-ci ildə biz sionist rejim tərəfindən 55-ə yaxın yaşayış məntəqəsinin inkişaf etdirilməsinin və 15-ə yaxın yeni qanunsuz məskunlaşma massivinin yaradılmasının şahidi olduq.
O, bəyan edib ki, bu müddət ərzində Qüdsdəki işğalçı rejimin səlahiyyətliləri 100-dən çox müstəmləkəçilik planı elan edib və sionist qəsəbələrə və yəhudi qəsəbələrinin ordusuna xidmət etmək üçün 25-ə yaxın yeni yol və infrastruktur inşa ediblər.
Əl-Əmal İsrail ordusu tərəfindən İordan çayının qərb sahilində fələstinlilərin davamlı şəkildə öldürülməsini pisləyərək deyib: “İsrail ordu komandirləri fələstinlilərin öldürülməsinə təşviq edir. Onlar etiraz məqsədi ilə silahlı sionistlərə daş atıb qaçan hər hansı bir fələstinliyə atəş açmaq əmri verib. Bu təlimatlar torpağı qəsb edən, məhsulu oğurlayan və fələstinlilərə hücum edən sionistlərə yeni yaşıl işıqdır.”
Əl-Quds əl-Ərəbi Əs-Salamul-an insan haqları hərəkatının məlumatlarına əsaslanaraq, İordan çayının qərbində 145 böyük yaşayış məntəqəsi və 140 qeyri-rəsmi bazada təxminən 666.000 israilli yerləşdirildiyini bildirib.