Qəzzədəki Vəqflər Nazirliyi işğalçıların 7 oktyabrdan indiyədək həyata keçirdikləri geniş bombardmanlarda Qəzzə zolağında min məscidi və bir kilsəni dağıtdıqları barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzədəki Vəqflər Nazirliyi bazar günü bildirib ki, sionist rejimi oktyabrın 7-dən indiyə qədər geniş bombardmanlar zamanı Qəzzədə mövcud olan 1200 məsciddən 1000-ni dağıdıb.
Fələstin Vəqflər Nazirliyi, həmçinin bildirib ki, sionist rejimi öz bombardmanlarında Qəzzədəki Ortodoks Kilsəsini və ona bağlı olan bir sıra ofisləri dağıdıb.
Digər tərəfdən də, Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü “Əşrəf əl-Qədrə” (bazar günü) verdiyi bir bəyanatda fələstinli şəhidlərin sayının artması barədə məlumat verib.
Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, 7 oktyabr tarixindən indiyədək fələstinli şəhidlərin sayı 25 105 nəfərə yüksəlib və yaralıların sayı isə 62 681 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin bəyanatında İsrail rejiminin ordu qüvvələrinin 24 saat ərzində Qəzzədə 15 kütləvi qırğın törətdiyinə və bunun ardınca da, 178 fələstinlinin şəhid olub, digər 293 nəfərin yaralanmasına toxunulub.
Əl-Qədrə, həmçinin bildirib ki, şəhidlərin bir çoxu hələ də dağıntılar altında və küçələrdədir və xilasedici qüvvələrin müharibə şəraitində onları müalicə mərkəzlərinə aparmaq imkanları yoxdur.
İsrail ordusu oktyabrın 7-dən etibarən Qəzzə zolağına qarşı dağıdıcı hücumlara başlamış və bu da bu məntəqənin infrastrukturlarının, xüsusən də Qəzzənin səhiyyə infrastrukturlarının dağıdılması ilə nəticələnib.
Qəzzə xalqının əksəriyyəti bu hücumlarda evlərinin dağıdılması nəticəsində didərgin düşüb və xəstəxanalarda, məktəblərdə və çadırlarda məskunlaşıb.
Son günlərdə Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü mətbuat konfransı zamanı fələstinli şəhidlərin 70%-nin qadın və uşaqlardan ibarət olduğunu bildirib.