İbrani dilli mənbələr Qəzzədəki israilli əsirlərin ailələrinin Netanyahunun evinə gedən yolu bağladıqlarını bildiriblər.
Verilən məlumata əsasən, bu mənbələr bildiriblər ki, dünən gecədən sionist rejiminin baş naziri Benyamin Netanyahunun Qeysariyyədəki evi qarşısında nümayiş keçirən Qəzzədəki israilli əsirlərin ailələri Netanyahunun evinə gedən yolu bağlayıblar.
Əsir övladlarının tez bir zamanda qaytarılmasını və Netanyahunun istefasını tələb edən müharibəyə etiraz edən israillilər ötən gecə də onun evi qarşısında oturaq aksiya keçiriblər.
Onlar övladları qayıdana qədər oturaq aksiyasına davam edəcəklərini bildiriblər.
Qəzzədəki israilli əsirlərin ailələri bildiriblər ki, Netanyahu və onun kabinetinə artıq heç bir güvən və inamları yoxdur. Özləri övladlarını qaytarmaq üçün iş görməldirlər.