İşğalçı rejimin qırıcıları, altında müqavimətin tunellərinin mövcudluğu bəhanəsi ilə Qəzzədəki yaşayış komplekslərini bombaladıqdan sonra indi də fələstinli qaçqınlar üçün sığınacaq çadırlarını hədəfə alıblar.
Rəfəhdəki müxbir “Əhməd Səhmud” deyib: İşğalçı rejim fələstinli mülki əhalidən Rəfəh şəhərinə tərəf getmələrini istəyir və daha sonra onları bu şəhərdə bombalayır.
Bu hesabata əsasən, İsrail qırıcıları ötən gün Rəfəhdəki qaçqınların sığınacaq çadırlarını hədəfə alıblar və nəticədə bir neçə nəfər şəhid olub, bir neçə nəfər də yaralanıb. Yaralılar və şəhidlərin cənazələri Rəfəhdəki üç xəstəxanaya köçürülüb.
Müxbir, həmçinin bildirib: İsrailə məxsus qırıcılar Xan Yunisin cənubunda yerləşən Qizan Ən-Nəccar məntəqəsindəki Fars Petrol Şirkəti yaxınlığında Rəfəh şossesində iki maşını hədəf seçiblər.