Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi (Yanvarın 10-u) bildirib ki, sionist rejimi ötən 24 saat ərzində Qəzzədəki fələstinli ailələrə qarşı 14 faciəli cinayət törədib ki, bunun nəticəsində də 147 nəfər şəhid olub və 243 nəfər isə yaralanıb. Bu say yalnız xəstəxanaya köçürülənlərə aiddir.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi bəyanat verərək həyatını itirənlərin bəzisinin küçələrdə ya dağıntılar altında olduğunu və xilasedicilərin və mülki müdafiə qüvvələrinin əllərinin onlara çatmadığını bildirib.
Bu bəyanatda, həmçinin bildirilib ki, sionistlərin 96 gün ardıcıl davam edən davamlı hücumları zamanı həyatlarını itirən şəhidlərin sayı 23 357 nəfərə, yaralıların isə 59 410 nəfərə çatıb.