Sionist rejiminin hərbiçiləri dünən səhər saatlarına yaxın İordan çayının qərb sahillərindəki bir neçə şəhərə hücum edib, fələstinli gənclərlə toqquşublar.

Fələstinli medialar dünən səhər saatlarına yaxın çoxsaylı sionist rejiminin hərbiçilərinin İordan çayının qərb sahillərində yerləşən “Tülkərm” şəhərinə yenidən hücum etməsi barədə məlumat veriblər. Müqavimət qüvvələri və fələstinli gənclər də odlu silah və ev şəraitində hazırlanmış bombalarla sionistlərin hücumuna qarşı “Nuru Şəms” düşərgəsi yaxınlığında mübarizə aparıblar.
Digər tərəfdən də, işğalçılar, həmçinin İordan çayının qərb sahillərindəki digər şəhərlərə, o cümlədən “Əl-Xəlil” şəhərinin şimalında yerləşən “Beyti Əmr” məntəqəsinə də hücum ediblər.
Bundan öncə də, Cenin şəhərinin icra başçısının müavini bildirmişdi ki, İsrail İordan çayının qərb sahillərindəki şəhərləri bilərəkdən dağıdır, həyat əlaməti olan hər bir şeyi məhv edir.
Son günlərdə İsrail hərbiçilərinin Cenin şəhərində bir məscidə daxil olaraq yəhudi azanı oxumalarına dair video görüntünün yayılması fələstinlilərin qəzəbinə səbəb olmuş və BMT də ona reaksiya verərək onu pisləmişdi.
İsrail hərbiçilərindən əlavə, radikal sionist köçkünləri də vaxtaşırı Fələstin kəndlərinə hücum edir, sakinlərin əkin sahələrini və evlərini dağıdaraq məhv edirlər.