Dünya Əmək Təşkilatı Oktyabrın 7-i “İsrail”-in Qəzzə zolağına hücumu başladıqdan bəri bu zolaqda 66% iş yerlərinin aradan getdiyi bildirib.
Bu təşkilat bəyanat yayaraq Qəzzədə iş yerlərinin əvvəlkindən daha çox məhv edilməsi ilə bağlı xəbərdarlıq edib.
Bəyanatda əlavə olaraq deyilib ki, İsrailin Qəzzəyə hava və quru hücumları nəticəsində indiyədək 192 min iş yeri aradan gedib.
Eyni zamanda Qəzzə Səhiyyə Nazirliyi yüzlərlə yaralının yanacaq, tibb işçisi və tibbi avadanlıqlar olmadığından ölüm təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib.