Xəbər mənbələri (cümə axşamı günü) sionist rejiminin 5 saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrinə etdiyi hücumlarda azı 100 nəfər fələstinli mülki şəxsin şəhid olması barədə xəbər veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi ordusunun 5 saat ərzində Qəzzə zolağına qarşı vəhşicəsinə olan bombardmanları və artilleriya hücumları zamanı əksəriyyəti qaçqınlar olan 100-dən çox Fələstin vətəndaşı şəhid olub.
Verilən məlumata görə, Xan Yunis şəhərinin cənubundakı “Əl-Bələd, Əs-Sikkə və Kərac” məntəqələri güclü artilleriya hücumuna məruz qalıb.
Həmçinin məlumata əsasən, sionist rejimi “Əz-Zeytun, Əl-Əsbira, Əş-Şücaiyyə və Əd-Dərc” məntəqələrini bombaladıqdan sonra xilasedici qüvvələrin bu məntəqələrə yetişməsinin qarşısını alıb.
Qəzzə zolağının mərkəzində yerləşən “Dir əl-Bələh” şəhərinin şərqi də sionist rejimi ordusunun növbəti artilleriya hücumuna şahid olub.
Bundan əlavə, sionist rejiminin qırıcıları Qəzzə zolağının şimalında yerləşən Cəbaliya şəhərciyindəki “Əl-Misbahul-Munir” məscidini bombalayraq dağıdıblar. İsrail rejiminin təcavüzkar qırıcıları Qəzzə zolağının şimalında yerləşən Cəbaliyadakı tam bir yaşayış blokunu bombalayıblar. İlkin xəbərlər onlarla insanın bu hücumda şəhid olması və yaralanmasını çatdırır.
Sionist rejiminin artilleriyası Qəzzə zolağının şimalında yerləşən Cəbaliya düşərgəsində bir sıra fələstinlinin evini hədəfə alıb.