Sionist rejim Fələstinə qarşı cinayətlərinin davamı olaraq Qəzza zolağının müxtəlif bölgələrini bombalayır.
Dünya KİV-də yer alan məlumatlara görə, hücumlarda bir neçə Fələstin müqavimət bazası hədəfə alınıb. Sionist artilleriyası Qəzzə şəhərinin şərqindəki əraziləri də hədəfə alıb.
Fələstin Müqavimət qüvvələri Qüds işğalçılarının cinayətlərinə cavab olaraq sionist yaşayış məntəqələrinə onlarla raket zərbəsi endirib.
Sionist rejim mediası sionist qəsəbələrində həyəcan sirenalarının çalındığı və çoxsaylı partlayış səsləri eşidildiyini xəbər verib.
Qüdsdəki işğalçı rejim ötən həftə Qəzza zolağına bir neçə dəfə zərbələr endirib. Fələstinli qruplar sionist bölgələrə onlarla raket ataraq, rejimdən intiqam alacaqlarını və hücuma keçəcəklərini vurğulayıblar.
Ötən aylarda sionistlərin əleyhinə keçirilən nümayişlər zamanı sionist əsgərlərin atəşə tutulması nəticəsində yaralanan Məhəmməd Nəim Həmadə aldığı ağır yaradan şəhid olub.
Fələstin mənbələri bildiriblər ki, ötən iki ayda başlayan nümayiş və etirazlarda sionistlərin atəşi və etirazçılara hücumları nəticəsində 120 fələstinli həlak olub, minlərlə fələstinli yaralanıb. Sionist rejim hələ də 9 fələstinlinin cənazəsini təhvil verməyib.