Bugün (bazar günü) sionist rejiminin Qəzzə zolağının mərkəzindəki bir neçə düşərgəyə artilleriya və qırıcı hücumları onlarla insanın şəhid olması və yaralanmasına səbəb olub.
Fələstin mediaları bugün (bazar günü) sionist rejiminin artilleriyalarının və qırıcılarının Qəzzə zolağının mərkəzinə olan ağır hücumları barədə məlumat veriblər.
Bu məlumata əsasən, Qəzzə zolağının mərkəzində yerləşən “Əl-Bərric”, “Əl-Məğazi” və “Dir əl-Bələh” düşərgələri sionistlər tərəfdən atəşə tutularaq bombalanıb.
Bununla da, Qəzzə zolağının mərkəzində yerləşən Əl-Bərric düşərgəsindəki bir yaşayış məntəqəsinin bombalanmasının ardınca, azı 7 fələstinli şəhid olub və çox sayda insan da yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, “Ən-Nəsirat” düşərgəsində yerləşən Əd-Dəvə məscidinin yaxınlığındakı əkin sahəsi sionist qırıcıları tərəfindən, “Əş-Şücaiyyə” və “Əz-Zeytun” məhəllələri də bu rejimin artilleriyası tərəfindən hədəfə alınıb.
Verilən məlumata əsasən, işğalçı rejiminə aid təyyarələrin Qəzzə zolağının mərkəzində yerləşən “Əl-Məğazi” düşərgəsindəki bir evə hücumu zamanı azı 6 nəfər şəhid olub və bir neçə nəfər yaralanıb.
Bundan əvvəl Qəzzə Səhiyyə Nazirliyi İsrail rejiminin Qəzzə zolağına qarşı hücumlarının başladığı vaxtdan etibarən fələstinli şəhidlərin sayının 17 700 nəfərə, yaralıların sayının təxminən 48 800 nəfərə yüksəldiyini bildirib.