Sionist rejiminə aid qırıcılar fələstinlilərə qarşı cinayətkar hücumlarınıın davamı olaraq səhər saatlarında Qəzzənin müxtəlif bölgələrini bombalayıblar.
Fələstin medialarının hesabatına görə, sionist rejiminin qırıcıları səhər saatlarında Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərini bombalayıblar.
Sionistlər Rəfəhin cənubundakı Yəbna düşərgəsinə qırıcılarla hücum ediblər. Sionist rejiminin ordusu Qəzzə zolağının mərkəzində yerləşən Ən-Nəsirat düşərgəsinə qarşı da ağır hücumlar həyata keçiriblər.
Sionist rejiminin Qəzzə zolağına qarşı həyata keçirdiyi səhər saatlarındakı hücmlarda onlarla insan şəhid olub və yaralanıb.