Qəzzədəki dövlət informasiya ofisi ən yeni statistikasında Qəzzə şəhidlərinin sayının 16 248 nəfərə çatdığını bildirib.
Qəzzədəki dövlət informasiya ofisi bildirib ki, Oktyabrın 7-dən bəri (ötən 2 ay ərzində) Qəzzə zolağındakı şəhidlərin sayı 16 248 nəfərə çatıb.
Qəzzədəki dövlət informasiya ofisi, həmçinin bildirib ki, sionist rejimi ordusu Qəzzədə atəşkəs bitdiyi vaxtdan bəri fələstinlilərə qarşı 77 cinayət və qətliam törədib. Nəticədə, 1240 nəfər şəhid olub və şəhidlərin sayı da 16 248 nəfərə yüksəlib.
Qəzzədəki dövlət informasiya ofisi təcili surətdə Qəzzəyə xilasetmə avadanlıqlarının gətirilməsini və şəhidlərin cəsədlərinin dağıntılar altından çıxarılması üçün mülki müdafiə qruplarına lazım olan avadanlıqların təmin olunmasını tələb edib.
Bu mərkəz, həmçinin Ərəb ölkələrindən Qəzzədə yaralıları müalicə etmək üçün səhra xəstəxanaları gətirmələrini istəyib.
Bu hesabata əsasən, sionist rejimi Qəzzəyə qarşı müharibə başladıqdan bəri 121 hökumət qərargahını dağıdıb və 69 məktəb tamamilə xidmət dairəsindən çıxıb.