İsrail 58 gündür ki, Qəzzə zolağının müxtəlif bölgələrini bombalayır.
Fələstin hökumətinin Qəzzə zolağındakı İnformasiya Bürosunun rəhbəri Səlamə Məruf bazar günü bildirib ki, ötən 24 saat ərzində 700-dən çox fələstinli İsrail qüvvələrinin Qəzzə zolağına qarşı hücumlarında şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, Məruf Qəzzə zolağının 1.5 milyondan çox sakininin köçkün və evsiz qaldığını vurğulayıb. O, əlavə edib: Qəzzədə heç bir təhlükəsiz yer yoxdur və işğalçılar Qəzzənin hər yerində qətliam törədirlər.
İsrail 58 gündür ki, Qəzzə zolağının müxtəlif bölgələrini bombalamağa davam edib və Cəbaliya düşərgəsində kütləvi qırğına başlayıb.
Digər tərəfdən, Fələstin Müqavimət qüvvələri bildiriblər ki, bir neçə istiqamətdə İsrailin hücumları ilə mübarizə aparmaqdadırlar. Eyni zamanda Tel-Əviv, Əşdud və Ğilaf məntəqəsi də daxil olmaqla, müxtəlif bölgələri raket bombaları ilə hədəfə alırblar.
Qəzzə Səhiyyə İdarəsi (günorta saatlarında) İsrailin 7 Oktyabrdan indiyə qədər həyata keçirdiyi hücumlarda həyatlarını itirənlərin sayının 15207 nəfər və yaralıların sayının 40652 nəfər olduğunu bildirib.