Əş-Şifa xəstəxanasının daxili resursları bildiriblər ki, sionist ordusu xəstəxananın dəhlizindəki 200 fələstinlini həbs edib.
İsrailli işğalçıların Qəzzə xəstəxanalarına hücumunun və Əş-Şifa xəstəxanasına daxil olmasının ardınca, xəstəxananın daxili resursları İsrail hərbiçiləri tərəfindən 200-dən çox fələstinlinin həbs olunduğunu bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, hərbiçilər xəstəxananın bir neçə şöbəsində tibb işçilərini və xidmətçiləri dindiriblər. Xəstəxananın direktoru da su və elektriyin kəsildiyini, xəstəxananın bütün şöbələrində oksigen balonlarının boşaldığını bildirib.
Digər tərəfdən də İsrailin hücumları zamanı Qəzzənin şimalında yerləşən Cəbaliya düşərgəsindəki Əl-Ovdə xəstəxanasında olan bəzi həkimlər şəhid olub.
Bir neçə gün əvvəldən Əş-Şifa xəstəxanasının ətrafını bombalayan sionist rejimi ordusu dünən səhər saatlarına yaxın bu xəstəxanaya daxil olub. Hərbiçilər xəstəxanaya daxil olduqdan sonra xəstəxananın müxtəlif şöbələrində, o cümlədən təcili yardım, cərrahiyyə, ürək və ümumi şöbələrində axtarış aparıblar, bir sıra həkimləri və xəstəxanaya sığınmış qaçqınları dindiriblər.
Bununla yanaşı sionist rejimi ordusunun radiosu elan edib ki, Əqsa Fırtınası əməliyyatı zamanı HƏMAS tərəfindən əsir götürülənlərin Əş-Şifa xəstəxanasındakı mövcudluğuna dair heç bir əsər-əlamət yoxdur.
Bu arada HƏMAS da verdiyi bir bəyanatda bildirib: İşğalçıların Əş-Şifa xəstəxana kompleksində silah olması ilə bağlı iddiaları açıq-aşkar yalan və heç kəsin inanmadığı bir ssenaridir.
BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini “Martin Qriffits” Twitterdəki bəyanatında sionist rejimi ordusunun Qəzzə şəhərində yerləşən Əş-Şifa xəstəxanasına hücumundan heyrətləndiyini və şoka düşdüyünü bildirib.