Sionist rejimi bu gün səhər saatlarına yaxın Əl-Rantisi uşaq xəstəxanasını hava hücumlarına məruz qoyub.
Qəzzədəki Əl-Rantisi uşaq xəstəxanasının rəhbəri bildirib ki, bu xəstəxana sionist rejiminin birbaşa hücumuna məruz qalıb.
Bu xəstəxana rəsmisi əlavə edib ki, bu xəstəxanaya hücumun ardınca, xəstəxananın zirzəmisində yanğın baş verib. Bu hücumda şəhid olanların yaxud yaralananların sayı hələ açıqlanmayıb.