Sionist rejiminin hərbiçiləri Qəzzəyə qarşı dəlicəsinə hava hücumlarını gücləndirmək və qadın və uşaqları öldürməklə yanaşı, İordan çayının qərb sahillərindəki şəhər və qəsəbələrə olan hücumları da gücləndiriblər.
İordan çayının qərb sahillərində yerləşən Cenindəki xəbər agentliyi işğalçı rejimin piyada qoşunlarının Qüds yaxınlığındakı Şəfat düşərgəsinə hücum etməsi barədə məlumat verib.
Bu hesabata əsasən, sionist hərbiçiləri bu hücum zamanı küçədə gördükləri hər bir şəxsi yoxlayıb, dinidiriblər. Həmçinin binalara daxil olub və fələstinli əsir Muhəmməd əz-Zəlbaninin ailəsinə məxsus evi dağıtmağa cəhd göstəriblər.
Xəbər agentliyinin müxbiri, həmçinin bildirib ki, sionist rejiminin hərbiçiləri vəhşicəsinə olan hücumlarla eyni vaxtda vətəndaşları həbs ediblər. Həmçinin sosial şəbəkələrdə fələstinli əsir və saxlanılanların işgəncə verilməsinə dair video görüntülər yayılıb.
Verilən məlumata əsasən, işğalçı rejimin hərbiçiləri, həmçinin əkiçilərin zeytun yığımı üçün sionist köçkünlərinin şəhərciklərinə yaxın olan tarlalarına girmələrinə mane olublar.