Sionist rejimi Qəzzənin şimalında yerləşən Cəbaliya düşərgəsindən olan minlərlə qaçqının məskunlaşdığı Əl-Faxura mədrəsəsini bombalayıb və bir neçə nəfəri öldürüb.
Məlumatlı mənbələrin verdiyi hesabata əsasən, 3 nəfər şəhid olmuş və 45 nəfər yaralanmışdı. Bu statistika qəti deyil.
Fələstinli mediya mənbələrindən əldə edilən ən yeni məlumatlara əsasən, sionist rejimi bu hücumda qadağan edilmiş ağ fosfor silahından istifadə edib.
Qəzzədəki dövlət informasiya ofisi bu xəbəri təsdiqləməklə bildirib ki, sionist rejimi son saatlarda Qəzzədəki bütün həyati və infrastruktur əsasları hədəfə alıb. Onlardan günəş panelləri layihəsinin, müəssisələrin və vətəndaşların, xüsusən də Əş-Şifa xəstəxanasının ətrafındakı vətəndaşların evlərinin generatorlarının bombalanmasına işarə etmək olar.
Sionist qüvvələri hələ də Qəzzəyə qarşı olan hücumları davam edirlər. Belə ki, hücumlarının birində bu rejimin hərbi gəmiləri Qəzzənin dəniz sahillərini atəşə tutublar.
Bu hadisə rejimin qırıcılarının onlarla dəfə Ən-Nəsirat məntəqəsinə, Əş-Şücaiyyə məhəlləsindəki Əl-Mənsurə küçəsinə və Tel Əz-Zətər-ə hücum edib, Rəfəh su ehtiyatlarını hədəfə aldıqları vaxt baş verib.