Bazar günü səhər sionist rejimi orudusunun Cenin şəhərinə və Nablusun şərqindəki Əsgər düşərgəsinə hücumu zamanı 4 nəfər fələstinli yaralanıb.
Şahidlər bildiriblər ki, işğalçı sionist qüvvələri Cenin şəhərinin bir neçə məhəlləsinə hücum edib, fələstinli gənclərlə toqquşublar.
Fələstinli mənbələr Nablusun şərqindəki Əsgər düşərgəsində sionist rejimi ordusu ilə fələstinli gənclər arasında baş verən toqquşmada 4 fələstinli gəncin yaralandığını bildiriblər.
Fələstinli mənbələr, həmçinin bildiriblər ki, şənbə günü sionist köçkünləri ordu qüvvələrinin dəstəyi ilə Beyti Ləhmin cənubunda yerləşən Xəlail əl-Louz məntəqəsinə hücum edərək fələstinlilərin evlərinə tərəf atəş açıblar. Bazar günü səhər də işğalçı sionist qüvvələrinin Ramullahın şimal-qərbindəki Beyti Rima şəhərinə hücumunda 1 nəfər öldürülüb və 11 nəfər yaralanıb