Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin hücumlarının ardınca, Fələstinli şəhidlərin sayının 7326 nəfərə və yaralıların sayının 18967 nəfərə çatdığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Səhiyyə Nazirliyi dünən günorta saatlarından sonra, fələstinli şəhidlərin sayının artdığı barədə məlumat verib.
Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, sionist rejiminin Qəzzə zolağına olan hücumlarının ardınca, şəhid olanların sayı 3038-i uşaq, 1726-sı qadın və 414 nəfəri yaşlı qadın olmaqla, 7326 nəfərə, yaralıların sayı isə 18967 nəfərə çatıb.
Qəzzə Səhiyyə Nazirliyi, həmçinin bildirib ki, işğalçı rejim Qəzzəyə etdiyi hücumlar zamanı 41 kütləvi qətl həyata keçirib. Bunun ardınca da əksəriyyəti Qəzzənin cənubuna köçən qaçqınlardan olan 298 nəfər şəhid olub.
Bu nazirliyin bildirdiyinə əsasən, işğalçılar bilərəkdən 57 müalicə mərkəzini hədəfə alıblar. Hücumların ardınca 12 xəstəxana və 32 yardım mərkəzi artıq xidmət göstərə bilmir.