Qəzzənin Daxili İşlər Nazirliyi sionist rejiminin qırıcılarının Qəzzənin mərkəzində bir yaşayış binasını və bir neçə evi əvvəlcədən xəbərdarlıq olmadan dağıtdığını bildirib.
Sionistlərin Qəzzədəki yeni cinayətləri dünən bu rejimin vəhşiliklərinin digər bir nümunəsi ilə 19-cu gününə daxil olub. Belə ki, 7 mərtəbəli bir yaşayış binası bombalanıb, çox sayda qadın və uşaq şəhid olub və yaralanıb.
Bununla əlaqədar olaraq işğalçı rejimin vəhşi cinayətləri nəticəsində şəhid olmuş və yaralanmış insanların daşınması kameralarla lentə alınıb ki, dünya zülm altında olan bu xalqın məzlumluğuna və səbrinə yenidən şahid olsun.



