Xarici KİV-in verdiyi təcili xəbərə əsasən, Qəzzə şəhidlərinin sayı 6546 nəfərə çatıb.
Fələstin Səhiyyə Nazirliyinin bu gün səhər şəhidlərin sayının 6055 nəfər olduğunu elan etdiyi halda, bu hesabata əsasən, Qəzzə şəhidlərinin sayı 6546 nəfərə çatıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bu gün səhər verdiyi bir bəyanatda bildirmişdi ki, Əqsa Fırtınası əməliyyatlarının başlamasından (7 Oktyabr) bu ana qədər Qəzzə şəhidlərinin sayı 6055 nəfərə və yaralıların sayı isə 15143 nəfərə çatıb.
Qeyd etmək lazımdır ki, sionist rejiminin qırıcıları tərəfindən fələstinlilərə aid yaşayış bölgələrin bombalanmasına görə, bu hücumlarda şəhid olanların və yaralananların çoxu qadınlar, uşaqlar və yaşlı insanlardır.