Bu gün səhər saatlarından etibarən sionist rejiminin Qəzzədəki yaşayış məntəqələrinə raket və qırıcı hücumları zamanı onlarla fələstinli şəhid olub və yüzlərlə digər insan yaralanıb.
İşğalçı rejimin qırıcılarının Şeyx Rizvan məhəlləsi, Əs-Səbrə məhəlləsi,Tel əl-Həva və Ən-Nəfqdəki vətəndaşların evlərinə hücumunda əksəriyyəti qadınlar və uşaqlar olan onlarla insan şəhid olub yaxud da yaralanıb. Hələ də həyatını itirənlərin bir çoxu dağıntılar altındadır. Xilasedici qüvvələr və vətəndaşlar onları çıxarmağa çalışırlar.
Bu videoda sionist rejiminin Şeyx Rizvan məhəlləsində törətdiyi cinayətin ilk anları lentə alınıb.
Fələstin Səhiyyə Nazirliyinin dərc etdiyi ən son statistikaya əsasən, sionist rejiminin Qəzzəyə təcavüzünün başlamasından indiyədək 5087 nəfər şəhid olub. Onlardan 2055-i uşaq, 1119 nəfəri qadın və 217-i yaşlı insanlardır. 15273 nəfər də yaralanıb. İşğalçı rejimə məxsus qırıcıların Qəzzədəki yaşayış məntəqələrinə davamlı hücumları hələ də davam edir.