Sionist rejimi müqavimət qüvvələri hədəfə almaq bəhanəsi ilə dünyanın gözü qarşısında yaşayış məntəqələrinə şiddətli hücumlar etməkdə və mülki şəxsləri öldürməkdədir.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi Qəzzəni bomblamaqda məqsədinin müqavimətə hücum etmək olduğunu iddia etməsinə baxmayaraq, həqiqət budur ki, yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alır.
Hərbi ekspertlər bildirirlər ki, bir həftə ərzində Qəzzə zolağına atılan bombalar ABŞ-ın bir il ərzində Əfqanıstana atdığı bombalara bərabərdir.
Bu rejim son günlərdə Qəzzədəki mülki şəxslərə qarşı 30 qətliam və hərbi cinayət törədib. Bu cinayətlərin bəzisində bir ailənin bütün üzvləri öldürülüblər.