Sionistlərin işğal olunmuş Fələstindəki cinayət xronikası 70 ildən çox davam edib və maraqlısı budur ki, bu cinayətlərin bir çoxu məzlum Fələstin xalqının öz yurd-yuvalarından qovulması zamanı baş verib.
1917-ci ildə Fələstin İngiltərə tərəfindən işğal olundu və bu torpağın İsrail tərəfindən işğal edilməsinə zəmin yaratdı. Fələstin torpağı 1948-ci ildə sionist rejimi tərəfindən işğal olundu. Bu işğal hələ də davam edir və bir çox cinayətlərlə üzləşib; sionist rejiminin zor gücünə və Fələstinin məzlum xalqını qanına qəltan etməklə, onları öz vətənlərindən qovmağa səy göstərdikləri cinayətlər.
Bu təzyiqlər Fələstin xalqını ölkələrindən qovmaq üçün hələ də davam edir. Tarixə və bu rejimin Fələstin xalqının müxtəlif nəsillərinə qarşı törətdiyi cinayətlərə nəzər salmaq bu torpağın insanlarının nə qədər zülmə məruz qaldığının yaxşı göstəricisidir.
Bu vəhşicəsinə olan cinayətlərin çoxu xüsusi ilə sionistlərin işğal olunmuş ərazilərə olan hücumlarının əvvəllərində insanların öz doğulduğu yerlərdən qovulması məqsədi ilə həyata keçirilib. Bu da sionistlər tərəfindən torpaq alınmasına dair iddiaların, qərblilər və qərb pərəstlərin əsassız əsaslandırmalarının üzərindən xətt çəkir.
Bu cinayətlərin əhatə dairəsi o qədər geniş, faciəli və iyrəncdir ki, tarixi dövrün az bir qismində onun kimi bu qədər şiddətli, 70 ildən çox müddətlisini tapmaq olar.
Maraqlıdır ki, bir çoxları üçün İsrail qanuni müdafiə ilə zülm olunub, amma bütün bu vəhşi hücumlar, uşaq, qadın və onların günahsız ailələrinin öldürülməsi onlar üçün zülm hesab olunmur!
Aşağıdakı cədvəldə uşaq qatili olan sionist rejiminin cinayətlərinin bir hissəsini görmək olar. Bunlar bu rejimin Fələstini işğal etdiyi illər ərzindəki tanınan cinayətlərinin bir hissəsidir və bütün cinayətləri əhatə edə bilməz. Bu cinayətlər digər ölkələrə, o cümlədən Livana da yayılıb.
№ | İl | Cinayət törədilən yer | Ölü və yaralı | İzah |
1 | 22 May 1948-ci il | Tənturə qətliamı | 250 fələstinlinin öldürülməsi | Qızlara təcavüz, kişilərin qəfəsə salınması və xalqın yandırılması/ 1728 ailənin didərgin düşməsi |
2 | 9 Aprel 1948-ci il | Dir Yasin qətliamı | 250 fələstinlinin öldürülməsi | Gəlin, bəy və qonaqlarının öldürülməsi, hamilə qadının qarnından uşağın çıxarılması və başının kəsilməsi, kənd camaatının sionist qadınların əli ilə öldürülməsi |
3 | 1948-ci il İyun ayı | Əl-Ləd və Ər-Rəmlə cinayətləri | 176 fələstinlinin öldürülməsi | Sionistlər bu iki kəndə hücum etməklə, 25 ailədən başqa heç kəsi sağ buraxmayıblar |
4 | 14 İyun 1949-cu il | Əd-Dəvayimə qətliamı | 170-dən çox fələstinlinin öldürülməsi və yüzlərlə yaralı | Qadınlara təcavüz, bir mağaraya sığınmış Əvamirə və Qeysiyyə qəbilələrindən olan 10 ailənin kütləvi qətli |
5 | 31 Oktyabr 1948-ci il | Lovha (Fələstin və Livan sərhədi) qətliamı | 80 nəfər Livan və Fələstin vətəndaşının öldürülməsi | Lovha kəndindən olan 80 nəfər kişinin bir evə toplanması və onların kütləvi öldürülməsi, fələstinlilərin öz vətənlərinə qayıtmasının qarşısının alınması üçün hücum |
6 | 12 İyul 1946-cı il | Beytul-Müqəddəsdə Məlik Davud hotelinin partladılması | 200 nəfərdən çox insanın öldürülməsi | Bu hotel fələstinlilərin çox get-gəl etdiyi və müsafirlərin qaldığı hotel idi. |
7 | 14 Oktyabr 1953-cü il | Qəbiyyə qətliamı | 69 fələstinlinin öldürülməsi | Ariel Şaronun rəhbərliyi ilə əvvəlcə kəndə artilleriya ilə hücum, daha sonra evin qapısına bomba atılması və bu evlərdə yaşayan fələstinli qadın, uşağın öldürülməsi |
8 | 3 Noyabr 1956-cı il | Xan Yunis şəhərinin əhalisinin öldürülməsi | Fədailərin evbə ev axtarılmasında 275 fələstinlinin öldürülməsi | Fədailəri tapmaq üçün evbə ev aparılan axtarışlarda xalqın kütləvi edamı |
9 | 29 Oktyabr 1956-cı il | Kəfər Qasim qətliamı | 48 fələstinlinin öldürülməsi | 48 nəfər, o cümlədən 19 kişi, 6 qadın, 7 oğlan uşağı (8-13 yaş arası), 10 yeniyetmə oğlan (14-17 yaş arası) və 6 qız (12-15 yaş arası) öldürüldü. Ərəb mənbələri adətən öldürülənlərin sayının 49 nəfər olduğunu qeyd edirlər. Çünki, hamilə qadınlardan birinin doğulmamış uşağını da bura aid edirlər. |
10 | 16-18 Sentyabr 1982-ci il | Sabra və Şatila düşərgələrindəki vəhşicəsinə qətliam | 700-3500 fələstinlinin şəhadəti | Qadın və uşaqlardan təşkil olunmuş bu iki düşərgədəki sakinlərin vəhşicəsinə qətliamı, hamilə qadınların qarnı bıçaqla yarılıb, başlar bədəndən ayrılaraq nizə başlığı ilə qanlı uşaq və qadın bədənləri üzərinə xaç əlaməti çəkilib. |
11 | 7 İyun 1982-ci il | Bürcü şimali düşərgəsinin bombalanması | 94 fələstinlinin öldürülməsi | Düşərgənin fosfor bombası ilə bombalanması və düşərgə əhaslisinin öldürülməsi |
12 | 8 Sentyabr 1987-ci il | İşğal olunmuş Fələstin | Sionist bir sürücü tərəfindən 4 fəhlənin öldürülməsi | Sionist bir sürücü Cəbaliya şəhərciyi və Cəbaliya düşərgəsi sakini olan fələstinli işçi qrupunu 1948-ci ildə işğal olunmuş ərazilərdəki iş yerlərindən qayıdarkən maşınla vurub. Bu cinayət 4 nəfərin şəhadəti ilə nəticələnib. (1-ci qiyamın başlanması) |
13 | 8 Oktyabr 1990-cı il | Əl-Əqsa məscidi qətliamı | Öldürülən 22 nəfər namaz qılan və 200 yaralı | İsrail polisi Əl-Əqsa məscidində namaz qılanlara qarşı qətliam törədib. Bu da 1-ci qiyamı daha da alovlandırıb. |
14 | 20 May 1990-cı il | Uyun Qarrə qətliamı | 8 nəfər fələstinli fəhlə | Fələstinli işçi qrupuna atəş açmaq |
15 | 25 Fevral 1994-ci il | İbrahim hərəmində qəltiam | 29 ölü və 150 yaralı | Sionist həkim Barux Qoldştayn və onunla birlikdə olanlar mübarək Ramazan ayında Hz. İbrahim(ə) hərəmində sünbh namazı qılan zaman fələstinli namaz qılanları güllələyiblər. |
16 | 8 Aprel 1996-cı il | Qana qətliamı | Fələstinli və livanlı 106 qaçqının öldürülməsi və 166 nəfərin yaralanması (4 sülhməramlı əsgərin öldürülməsi) | Bu cinayətlər o qədər ağır idi ki, 18 cənazənin kimliyi bəlli olmadı və yalnız onların üzərinə “naməlum qadın”, “naməlum kişi” və “naməlum uşaq” yazıldı. |
17 | 25 Sentyabr 1996-cı il | Əl-Əqsa məscidi | 68 fələstinlinin ödürülməsi | Əl-Əqsa məscidinin qərb divarı altında tunel qazılması və fələstinlilərin etirazları zamanı bir neçə gün ərzində 68 fələstinli öldürüldü və təxminən 1600 nəfər isə yaralandı. |
18 | 28 Sentyabr 2000-ci ildən 2005-ci ilə qədər | 2-ci qiyam | 4412 nəfər fələstinlinin şəhadəti və 48 322 nəfərin yaralanması | 2-ci qiyamda 2000-dən çox uşaq öldürülüb. Atasının yanında məzlumcasına şəhid olan fələstinli uşaq Muhəmməd əd-Dərrə 2-ci qiyamın simvolu olaraq tanınır. |
19 | 3-11 Aprel 2002-ci il | Cenin düşərgəsi qətliamı | 152 nəfər fələstinlinin öldürülməsi | Uşaqların və qadınların öldürülməsi, 100-dən çox evin dağıdılması |
20 | 27 Dekabr 2008-ci il | 1-ci Qəzzə müharibəsi | 1300 fələstinlinin öldürülməsi və 5300 insanın yaralanması | Ən çox ölü sayı müharibənin ilk günündə qeydə alındığı üçün ərəblər onu qara şənbə adlandırır. O gün uşaqların, qadınların və çoxlu insanın öldürülməsi ilə sona çatdı. |
21 | 9-14 Mart 2012-ci il | Sionist rejimi və Qəzzənin Mart müharibəsi | 74 yaralıdan əlavə 18 fələstinli döyüşçü və 5 mülki şəxsin öldürülməsi | Sionist rejimi bu müharibədə günahsız xalqa qarşı F-16 və F-15 qırıcı təyyarələrindən, Mərkava tankından və fosfor bombalarından istifadə edib. |
22 | 2014-ci il Qəzzə döyüşü | Sionist rejimi və Qəzzə müharibəsi | 2000-dən çox fələstinlinin öldürülməsi və 1000-dən çox insanın yaralanması | Şəhid olanların 711 nəfəri qadınlar və uşaqlardan ibarət idi və bu rəqəm bu müharibədə ümumi öldürülənlərin 35%-nə bərabər idi. |
23 | 2021-ci il Qəzzə döyüşü | Fələstin müharibəsi | 248 ölü və 1900-dən çox yaralı | 4 hündür bina, 40 məktəb və 4 xəstəxana tam yaxud cüzi şəkildə dağıdılıb, 19 tibb mərkəzinə ziyan dəyib, Qəzzədə 94 bina viran edilib. Bu toqquşma fələstinlilərin Şeyx Cərrah və Beytul-Müqəddəsin şərqindən qovulmalarından ötrü baş tutub. |
24 | 2023-cü il döyüşü | Qəzzə və sionist rejimi arasındakı müharibə | İndiyədək 2800-dən çox insan öldürülüb və 10 900-dən çox insan yaralanıb | Sionist qırıcılarının Qəzzəyə çox saylı hücumları və fosfor bombasından istifadə, uşaqların, qadınların və ailələrin bir çoxunun məzlumcasına şəhadəti |