Fələstinli mənbələr tərəfindən elan olunan statistikaya əsasən, sionist rejiminin qırıcıları son hücumlarında Qəzzə zolağında 13 mindən çox evi və 10 müalicə mərkəzini dağıdıblar.
Sionist rejiminin qırıcıları Qəzzə zolağına dörd gün ardıcıl olaraq etdiyi hücumlar zamanı 13 mindən çox yaşayış mənzilini və 10 müalicə mərkəzini dağıdıblar. Bu hücumlarda 48 məktəbə zərər dəyib.
Sionist rejiminin qırıcılarının Qəzzə zolağına ardıcıl hücumları indiyədək 800-dən çox fələstinlinin şəhid olmasına və 4250-dən çox insanın yaralanmasına səbəb olub. Həmçinin Qəzzənin infrastrukturlarına ciddi ziyanlar dəyib.
Bu hadisələr həftənin bazar ertəsi günü sionist rejiminin Müharibə naziri Yoav Qallantın bu rejimin Qəzzəni tamamilə mühasirə edib, bu bölgənin camaatına suyu, qidanı, elektriyi və yanacağı kəsmək niyyətində olduğunu bildirdiyi bir vaxtda baş verib.
Beynəlxalq Amnistiya Təşkilatı verdiyi bir bəyanatda bu barədə deyib: “Dünən Yoav Qallant İsraildən bildirib ki, Qəzzəyə bütün su, qida, elektrik və yanacaq kəsiləcək. Artıq 16 ildir ki, mülki əhali qeyri-qanuni mühasirələrdə yaşayır.”