Xarici KİV-in verdiyi məlumata görə, yəhudi bayramlarının 5-ci günündə və köçkünlərin Əl-Əqsa məscidinə qanunsuz girişinin davamında, sionist hərbiçiləri tərəfindən fələstinli bir uşaq yaralanıb, digər 12 nəfər isə həbs edilib.
Xarici KİV-in verdiyi məlumata əsasən, Oktyabrın 4-ü İordan çayının qərb sahillərinin cənubunda yeləşən Əl-Xəlil şəhərindəki toqquşmalar zamanı fələstinli bir uşağın kəlləsi sınıb.
Verilən hesabata görə, fələstinli qrumlar tərəfindən yayılan statistikaya əsasən, köçkünlər işğalçı rejimin hərbiçilərinin dəstəyi ilə ötən ay ərzində fələstinlilərə və onların mülklərinə qarşı 923 hücum həyata keçiriblər. Onlar bu gündə (4 Oktyabr) ardıcıl olaraq 5-ci gün yəhudilərin “Sukkot” bayramı tətillərində Əl-Əqsa məscidinə hücum ediblər.
Verilən hesabatın ardında deyilir: Bu gün Əl-Xəlilin cənubunda işğalçı qüvvələrin açdıqları atəş nəticəsində fələstinli bir uşaq yaralanıb və kəlləsi sınıb. Bu 13 yaşlı uşaq sionist qüvvələri ilə toqquşmalar zamanı rezin örtüklü metal gülləyə tuş gələrək baş nahiyəsindən yaralanıb.
İordan çayının qərb sahillərindəki “Aliyə” Dövlət Xəstəxanasının direktoru bu barədə deyib: Başına metal güllə dəyməsi nəticəsində kəlləsi sınan və beyin qanaması keçirən bu uşaq xəstəxanaya yerləşdirilib. O, indi (4 Oktyabr) cərrahiyyə əməliyyatından sonra xəstəxanada yatızdırılıb və vəziyyəti stabildir.
İbrani mediyalara istinadən bildirilib ki, israilli köçkünlər rejimin hərbiçilərinin dəstəyi ilə Babul Qətanin, Babul Əsbat və Babul Məclis girişlərindən Əl-Əqsa məscidinin həyətlərinə hücum ediblər.
Mediyaların bildirdiklərinə görə, son günlər, ötən cümə günündən çərşənbə gününə qədər 2900-dən çox köçkün Əl-Əqsa məscidinin həyətlərinə hücum ediblər. Sukkot bayramının Oktyabrın 7-nə kimi davam etməsi planlaşdırılır. Bu müddət ərzində ekstremist dini qruplar Əl-Əqsa məscidinə hücum edən köçkünlərin sayının artması üçün öz çağırışlarını gücləndiriblər.
Sukkot bayramı yəhudilərin üç bayramının sonuncusudur ki, Sentyabrın 29-u başlayır və Oktyabrın 7-nə kimi davam edir. Bu yeddi günlük bayram Çardaqlar bayramı kimi də tanınır və Bəni-İsrail qövmünün səhrada sərgərdan olduğu zamanı xatırladır.