Sionistlərin Cenin və Yerihoda yerləşən Əqəbəye Cəbr düşərgələrinə hücumları zamanı yaralanmış Fələstin vətəndaşlarından ikisi ağır yaralar nəticəsində şəhadətə çatıb.
Fələstinli mənbələr İsrail rejimi hərbiçilərinin ötən gün Cenin düşərgəsinə hücumlarında yaralanmış 30 yaşlı gənc Əta Yasir Musanın aldığı yaralar nəticəsində şəhadətə çatdığını bildiriblər.
Bu fələstinli gəncin şəhid olması ilə sionist rejimi qüvvələrinin Cenin düşərgəsinə olan ötən günkü hücumunda şəhid olanların sayı 4 nəfərə çatıb.
Eyni zamanda sionistlərin bu gün (çərşənbə günü) səhərə yaxın, İordan çayının qərb sahillərində yerləşən Əqəbəye Cəbr düşərgəsinə hücumunda yaralanmış 19 yaşlı gənc Dirğam əl-Əxrəs də aldığı ağır yaralar səbəbilə şəhid olub.
Bu fələstinli şəhidin cənazəsi Yeriho xəstəxanasından Əqəbəye Cəbr düşərgəsində doğulduğu yerə aparılıb.
Ötən bir gün ərzində Cenin düşərgəsində, Əqəbəye Cəbr düşərgəsində və Qəzzədə 6 fələstinli sionist işğalçılarının açdığı atəş nəticəsində şəhid olub.