Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında sionist hərbiçiləri tərəfindən açılan atəş nəticəsində 6 nəfər fələstinlinin yaralanması barədə məlumat verib.
Fələstin mənbələrinin verdiyi məlumata əsasən, sionist hərbiçiləri dünən gecə Qəzzənin şərqindəki sərhəd zolağında nümayiş keçirən fələstinilərə tərəf atəş açaraq onlardan 6-nı yaralayıblar.
Bu, ötən bir neçə saat ərzində sionistlərin fələstinli gənclərə etdikləri ikinci hücumudur. Fələstinin yerli mənbələri bazar günü bildiriblər ki, işğalçı hərbiçilər Qəzzə zolağında yerləşən “Cəbaliya”-nın şərqindəki sərhəd baryerləri yaxınlığında fələstinlilərin nümayişlərini yatırıblar.
Bu məlumata əsasən, sionistlər fələstinli nümayişçilərə tərəf atəş açıb və gözyaşardıcı qaz atıblar. Nəticədə, bir müxbir daxil olmaqla, bir neçə nəfər yaralanıb.