Sionist rejimi ordusunun hərbiçiləri işğal olunmuş torpaqlarla Qəzzə zolağının şərqindəki sərhəd zolağında nümayiş keçirməkdə olan Qəzzə zolağında yaşayan fələstinlilərə tərəf atəş açıblar. Azı 5 nəfər şəhid olub və 19 nəfər yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist işğalçılarının Qəzzə zolağından çıxarılmasının ildönümü və Oslo razılaşmasının imzalanmasının ildönümü münasibəti ilə bu zolağın şərqində yerləşən Mələkə məntəqəsi və Qəzzə ilə işğal olunmuş torpaqlar arasındakı sərhəd zolağında nümayişlər keçirən Qəzzə zolağında yaşayan fələstinlilərsionist rejimi ordusunun hərbiçilərinin atəş hədəfinə çevriliblər. Bundan əlavə sionist hərbiçiləri fələstinlilərə tərəf göz yaşardıcı qaz güllələri də atıblar.
Həmçinin fələstinli mənbələr bildiriblər ki, partlayıcı bir maddə Qəzzənin şərqində yerləşən Mələkə məntəqəsində nümayişçilər arasında partladılıb.
Sionist rejimi ordusunun hərbiçilərinin fələstinli nümayişçilərə tərəf atəş açması, onlara sarı gözyaşardıcı qaz güllələri atması və partlayıcı maddənin partladılması nəticəsində azı 5 nəfər şəhid olub, digər 19 nəfər isə yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə bildirib ki, sionist hərbiçilərinin açdığı atəş nəticəsində yaralanan bu 19 nəfər Fələstin vətəndaşı müalicə üçün Şəfa Tibb Kompleksinə aparılıb.
Bu hadisədə yaralanmış fələstinlilər arasında gözyaşardıcı qaz gülləsinin sinəsinə dəyməsi nəticəsində yaralanmış Əl-Əqsa radiosunun müxbiri İsmail Əbu Ömərin adı da gözə dəyir.