Əl-Əqsa qiyamı zamanı işğalçı İsrail hərbiçiləri tərəfindən güllə yarası alaraq yaralanmış Fələstin vətəndaşı aldığı yaralar əticəsində 23 ildən sonra şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, Ramullahın şərqində yerləşən Dura əl-Qər qəsəbə sakini, Fələstin vətəndaşı Əhməd Rəbah Fəvaqəh şənbə günü səhər şəhadətə çatıb.
Bu fələstinli vətəndaş Əl-Əqsa qiyamında bir əlini və bir ayağını da itirmişdi.
2000-ci ildə baş verən Əl-Əqsa qiyamında yüzlərlə qadın və uşaq da daxil olmaqla, 4 000-dən çox fələstinli həyatını itirib. Qiyamda şəhid olanların 800-dən çoxu şagird ya tələbə olub.