Fələstin xəbər mənbələri şənbə günü axşam, 15 yaşlı fələstinli bir yeniyetmənin sionistlərin açdığı atəş nəticəsində şəhid olması xəbərini veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionistlərin açdığı atəşdən ağır yaralanaraq şəhid olan bu yeniyetmənin adı “Milad Munzir ər-Rai” olub.
O, Əl-Xəlilin şimalindakı Əl-Ərub düşərgəsi sakini olub və sionistlərlə qarşıdurmada yaralanıb.
Bir müddət sonra Səhiyyə Nazirliyi bir yeniyetmənin aldığı ağır yaralar nəticəsində Əl-Ərub düşərgəsindəki “Əl-Yəmamə” xəstəxanasına köçürüldüyünü təsdiqləyib.
Bu məlumata əsasən, o, kürək və sinə nahiyəsindən sionistlərin hücumuna məruz qalıb. Fələstin Qırmızı Aypara Cəmiyyətinin xilasedici qüvvələri onu ağır yaralandığına görə, Beyti Ləhmdəki Əl-Yəmamə xəstəxanasına aparıblar.