Yaralı Fələstinli bir gənc aldığı ağır yaralar nəticəsində şəhid olub.
Fələstinli yerli mənbələr cümə günü axşam bildirib: İşğalçı sionist rejiminin İordan çayının qərb sahillərinin şimalında yerləşən Cenin şəhərinə son təcavüzü zamanı yaralanan Ceninin cənubundakı “Cəbə” qəsəbə sakini “İzzəddin Mahmud Kənan” (20 yaşlı) aldığı ağır yaralar nəticəsində şəhid olub.
Sionist rejimi son günlərdə Cenin düşərgəsinə 2 gün çəkən kütləvi yer və hava hücumlarnda bir sıra fələstinlinin həyatına son qoyub.
Xarici KİV-in verdiyi məlumata görə, Ceninə olan hücumda 5-i uşaq olmaqla 14 fələstinli şəhid olub və 14 nəfərdən çox fələstinli isə yaralanıb.