Xarici KİV-in veridyi məlumata görə, dünən, həftənin bazar günü işğalçı rejim hərbiçilərinin Tülkərm şəhəri və düşərgəsinə hücumları zamanı iki nəfər fələstinli gənc maşınla vurularaq yaralanıb.
Sionist rejimi ordusunun hərbiçiləri dünən İordan çayının qərb sahillərində yerləşən Tülkərm şəhəri və düşərgəsinə hücum ediblər. Fələstinli döyüşçülər təcavüzkarlarla mübarizə aparıblar.
Verilən məlumata əsasən, 2 nəfər fələstinli gənc işğalçıların maşını ilə vurularaq yaralanıb. Sionist rejiminin ordusu hələ bu xəbərə reaksiya verməyib.
Müxbirlərdən biri, Tülkərmdəki toqquşmanın ağır olduğunu bildirib və sionist snayperçilərinin binaların damında yerləşdirilməsini yazıb.