İsrail işğalçılarının ötən çərşənbə günü Nablusda yerləşən Bəlate düşərgəsinə hücumları zamanı yaralanmış fələstinli bir döyüşçü aldığı ağır yaralar nəticəsində şəhadətə çatıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, bir neçə gün əvvəl sionistlərin Bəlate düşərgəsinə hücumları zamanı yaralanmış və xəstəxanada yatan müqavimət döyüşçülərindən biri olan Məhəmməd Əbu Əsəb, bu gün (şənbə günü) səhər aldığı ağır yaralar nəticəsində şəhid olub.

İşğalçı qüvvələrin ötən çərşənbə günü səhər saatlarında Nablusun şərqində yerləşən Bəlate qaçqın düşərgəsinə hücumu, orada bir evin partladılması və fələstinlilərlə baş verən toqquşmanın ardınca, bir sıra fələstinli vətəndaş işğalçıların göz yaşardıcı qazlardan istifadəsi nəticəsində, boğulma halı ilə üzləşmiş, bir qrup isə gülləyə tuş gələrək yaralanmışdı.
O zaman Fələstin Qırmızı Aypara Cəmiyyətindəki tibbi resurslar bildirmişdilər ki, Nablus vilayətində işğalçı qüvvələrlə toqquşma nəticəsində, bir sıra fələstinli sionist hərbiçilərinin döyüş güllələrinə tuş gəliblər. Belə ki, bir fələstinli sinə nahiyəsindən hədəf seçilib, digər iki nəfər qəlpələrdən yaralanaraq xəstəxanaya aparılıb, dörd nəfər yaralı fələstinli də ambulator şəraitdə müalicə olunub. Həmçinin göz yaşardıcı qazın buruna getməsi səbəbilə 85 boğulma halı qeydə alınıb.