Yeriho şəhərinin sakinləri çərşənbə axşamı günü, işğalçı sionist hərbiçilərinin açdıqları atəş nəticəsində şəhid olmuş 2 nəfər fələstinli gənci dəfn ediblər.
Bu fələstinlilər sionist hərbiçilərinin Əqəbəyi Cəbr düşərgəsinə və əl-Əvca məntəqəsinə hücumları zamanı şəhid olmuşdular.
Qusəyy əl-Volci və Məhəmməd ən-Nucum sionist hərbiçilərinin Fələstin müqavimət qüvvələrinin həbs olunması məqsədi ilə Yeriho şəhəri və Əqəbəye Cəbr düşərgəsinə hücumlarının ardınca, orada baş vermiş ağır toqquşmalar zamanı şəhid olublar.
Fələstin Azadlıq Təşkilatının (FAT) İcra Komitəsinin üzvü Vasil Əbu Yusif verdiyi müsahibədə deyib: İşğalçı hərbiçilər bu gün səhər (çərşənbə axşamı günü) Yeriho şəhərində fələstinlilərə qarşı yeni cinayət törədiblər və nəticədə 2 nəfər şəhid olub. Bu hərəkətlər işğalçı rejim ordusunun və sionist köçkünləri qruplarının törətdikləri küçə qətlləridir.
Sionistlərin hücumları Yeriho şəhəri ilə tamamlanmayıb, onlar Ramullah şəhərinin yaxınlığındakı Bərqa məntəqəsinə və Beyti Ləhm şəhərinə də hücum ediblər.
İşğalçı rejimin ordusu təhlükəsizlik orqanları tərəfindən axtarışda olma bəhanəsi ilə bu şəhərlərdə 15 fələstinlini həbs ediblər.
İşğalçı sionist rejiminin İordan çayının qərb sahillərində müqavimət döyüşçülərinin təqib olunması siyasətini icra etmək ardınca olduğu və onu dayandırmaq niyyətində olmadığı görünür. Çünki, İordan çayının qərb sahillərində müqavimətin inkişafının bu rejimin təhlükəsizliyi üçün ən çox təhlükə olduğu qənaətinə gəlib.