Cümə günü səhər saatlarında sionist rejimi hərbiçilərinin Tülkərmin qaçqın düşərgəsində açdıqları atəş nəticəsində fələstinli bir gənc şəhid olub və digər 4 nəfər isə yaralanıb.
Xarici KİV-in bəzi tibbi resurslara istinadən verdiyi məlumata əsasən, 23 yaşlı Mahmud Cihad Cərad işğalçı qüvvələrin sinəsinə vurduqları güllə və həmçinin qarın, bel, ayaq və çiyin nahiyəsindən aldığı dörd yara nəticəsində şəhid olub.
Mahmud Cəradın şəhadət xəbəri həkimlər tərəfindən elan olunmamışdan əvvəl, fiziki cəhətdən çox ağır vəziyyətdə Şəhid Sabit Dövlət Xəstəçayıxanasına aparılıb. Digər 4 gənc də israillilərin açdıqları atəş nəticəsində yaralanıb və onlardan birinin vəziyyəti ağır qiymətləndirilib.
İşğalçı hərbiçilər şiddətli şəkildə döyüş güllələrindən, səs bombaları və göz yaşardıcı qazlardanaHa Su s istifadə etməkdən əlavə, snayperçilərini düşərgənin ətrafında və küçələrində yerləşdiriblər.